“Türkiyə-İsrail münasibətləri yeni inkişaf mərhələsinə daxil olub”

2022-11-18 12:52:00

“Türkiyə-İsrail münasibətləri yeni inkişaf mərhələsinə daxil olub”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan İsraildə yeni hökuməti qurmaq səlahiyyətini qazanmış “Likud” partiyasının başçısı Binyamin Netanyahu ilə danışığı barəsində açıqlama verib.

Netanyahu Ərdoğana zəng edərək İstanbulda törədilən terror hadisəsi ilə bağlı başsağlığı verib.

Prezident Ərdoğanın sözlərinə görə, tərəflərin qətiyyəti və iradəsi sayəsində Türkiyə ilə İsrail münasibətləri yeni inkişaf mərhələsinə daxil olub.

Türkiyə Prezidenti deyib: “Tərəflərin bir-birinin maraqlarına hörmətlə yanaşaraq dialoq qurması hər iki ölkənin mövqelərinə uyğundur.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.087440