Türkiyə İrandan PKK-ya silah tədarükünü dayandırmağı tələb edib

Türkiyə İrandan ölkədə qadağan olunmuş PKK-ya silah verməməyi və Ankaranın silahlı kürd qüvvələrinə qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib.
Ötən həftə İraqın Süleymaniyyə şəhərində Türkiyə ilə İran arasında görüş baş tutub. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər. İrandan PKK-ya tədarükün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif edilib.
Məlumata görə, İran rəsmiləri PKK-ya hər hansı təchizat etmədiklərini bildiriblər.
Bundan sonra Türkiyə rəsmiləri iranlılara foto faktlar təqdim ediblər. İran tərəfi arqumentləri təkzib edərək yükün onlara heç bir aidiyyəti olmadığını bəyan edib. Bu dəfə İran hakimiyyətinə birbaşa bildirilib ki, əgər yeni partiya yaranarsa, vurulacaq. Türkiyə İranın sərhəd bölgəsində terrorçuları Türkiyə ərazisinə dəfələrlə köçürdüyünü sənədlərlə təsdiq edərək, İrandan bu transferlərdən imtina etməsini tələb edib.
Ülviyyə, Hurriyyet.az
