Türkiyə ilə Suriya təhlükəsizliklə bağlı danışıqları davam etdirəcəklər – İrandan açıqlama

2022-11-23 16:23:00

Türkiyə ilə Suriya təhlükəsizliklə bağlı danışıqları davam etdirəcəklər – İrandan açıqlama

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Astanada keçirilən Suriya üzrə danışıqlarda ölkəsinin nümayəndə heyətinə başçılıq edən İranın Xarici İşlər nazirinin köməkçisi Əli Əsgər Hacı  Türkiyə ilə Suriyanın təhlükəsizlik məsələləri üzrə danışıqları davam etdirmək niyyətində olduqlarını söyləyib.

Hacı onu da qeyd edib ki, buna bənzər ilk Türkiyə-Suriya danışıqları 2022-ci ilin iyulunda Tehranda keçirilən üçtərəfli Türkiyə-Rusiya-İran sammitindən sonra baş tutmuşdu.

“Röyters” agentliyi bir qədər əvvəl xəbər vermişdi ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı Hakan Fidan ilə onun suriyalı həmkarı Əli Məmlük bir sıra görüşlər keçirərək, iki ölkənin xarici işlər nazirlərinin görüşməsinin mümkünlüyü məsələsini müzakirə ediblər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.117704