Saat:17:44
Haqqımızda

Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?

2024-11-25 17:14:36

Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?

Azərbaycan-Türkiyə dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbi açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Vurğulanıb ki, qeyd olunan sıxlığın səbəbi Türkiyənin “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiq edilməsidir.

Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.220792