Saat:21:25
Haqqımızda

Türkiyə ilə sazişi ratifikasiya etməyə hazırıq - Zelenski

2025-03-13 22:15:25

Türkiyə ilə sazişi ratifikasiya etməyə hazırıq - Zelenski

Ukrayna Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazırdır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Türkiyə hökuməti və biznes nümayəndələri ilə görüşündə deyib.

"Türkiyəli tərəfdaşlarla məzmunlu görüş keçirdik. Bu, Ankarada Prezident Ərdoğanla əvvəlki razılaşmalarımızın nəticəsi idi. Türk biznesi artıq Ukraynada fəal fəaliyyət göstərir və biz bunu, eləcə də “Bayraqdar”ların tədarükü də daxil olmaqla, onların dəstəyini yüksək qiymətləndiririk", - Zelenski qeyd edib. \\Axar.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000112