Türkiyə ilə Rusiya Suriya məsələsində razılaşdılar? - VİDEO

2022-06-08 19:12:00

Türkiyə ilə Rusiya Suriya məsələsində razılaşdılar? - VİDEO

Çavuşoğlu: “Terrorçuların təmizlənməsi ilə bağlı Rusiya ilə ABŞ-ın da öhdəlikləri var”

Lavrov: “ABŞ terrorçuları bəsləyir”

Bəxtiyar Tuncay: “Siyasət belədir – aldığının qarşılığını verirsən”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra jurnalistlər qarşısında çıxış zamanı ölkəsinin Suriya və İraqdakı terrorçularla mübarizədə qətiyyətli olacağını, Ankaranın öz sərhədlərində terror təhdidinə yol verməyəcəyini bildirib. Çavuşoğlu Suriya ərazilərindəki terrorçuların təkcə Türkiyə yox, Suriyanın özünün də ərazi bütövlüyü üçün təhlükəli olduğunu söyləyib.

Çavuşoğlu Suriyada hökumətlə mülayim müxalifət arasında razılaşmadan keçən siyasi həll yolunun Suriya məsələsinin yeganə həll yolu oduğunu deyib: “Türkiyə Astana prosesinin davamının tərəfdarıdır və bu proses BMT-nin siyasi səylərinə sanballı töfhədir”.

Çavuşoğlu Suriyadakı bir sıra terror təşkilatlarının bir sıra ölkələr, o cümlədən ABŞ tərəfindən açıq şəkildə dəstəkləndiyini deyib. O, Suriyadakı terrorçuların Stokholm və Helsinki ilə əlaqələrindən bəhs edərək deyib: “Məhz buna görə də biz Finlandiya ilə İsveçin NATO-nun üzvü olmasına qarşı qarşı çıxış edirik”.

Türkiyə diplomatiyasının rəhbəri Suriyada razılaşdırılmış ərazilərdən terrorçuların təmizlənməsi ilə bağlı Rusiya ilə ABŞ-ın da öhdəlikləri olduğunu qeyd edib. “Öhdəliklərin yerinə yetirilməsini gözləmək Türkiyənin qanuni hüququdur. Terror təşkilatlarının bizə qarşı hücumları ilə barışa bilmərik”.

Çavuşoğludan sonra çıxış edən Lavrov onu dəstəkləyərək ABŞ-ın Suriyanın şimalındakı terrorçuların arxasında durduğunu söyləyib.

Bəlli olduğu kimi, Türkiyə Prezidenti R.T.Ərdoğan yaxın zamanda Suriyanın şimalına – Tel-Rüfət və Menbic istiqamətində irimiqyaslı antiterror əməliyyatının keçiriləcəyini bəyan eləmişdi.

“Siyasət belə şeydir, bir şey verirsən, bir şey alırsan...”

Şəkilin açıqlaması yoxdur.

Türkoloq alim, araşdırmaçı publisist Bəxtiyar Tuncay öz “Feysbuk” səhifəsində Lavrovla Çavuşoğlunun görüşü barəsində  açıqlama verərək yazıb: “Lavrovun Türkiyəyə gözlənilən səfəri, nəhayət ki, baş tutdu və öncəki statuslarımdan birində yazdığım maddələr ətrafında, ilk növbədə də rəsmi Ankaranın Quzey Suriya və PKK ilə bağlı həssasiyyətləri ilə bağlı fikir birliyinə gəlindi. Bu o deməkdir ki, çox yaxın günlərdə Tel-Rüfət və Menbic istiqamətində fəal hərbi əməliyyatların və həmin bölgələrin terrorçulardan təmizlənməsinin şahidi olacağıq. Bu, həm də o deməkdir ki, Türkiyə NATO-ya daxil olmaq istəyən Finlandiya və İsveç qarşısında əngəllərini davam etdirəcək.

Siyasət belə şeydir, bir şey verirsən, bir şey alırsan...”

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya