“Türkiyə ilə Rusiya bir-birinə etibar edirlər”

2022-06-24 14:48:00

“Türkiyə ilə Rusiya bir-birinə etibar edirlər”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Malatyada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında Türkiyə ilə Rusiya arasında bir çox məsələlərdə fikir ayrılığı olsa da, ölkələr arasında qarşılıqlı etibar olduğunu söyləyib. Nazir deyib: “Bəli, bizim aramızda bir çox məsələlərdə, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı fikir ayrılığı var. Lakin biz bir-birimizə etibar edirik”.

Çavuşoğlu söyləyib: “Türkiyə - Rusiya ilə Ukraynanı bir masa arxasında toplaya biləcək yeganə ölkədir”.

O, Türkiyənin Qara dənizdəki limanlardan taxıl çıxarılması ilə bağlı problemi mümkün qədər tez həll eləməyə çalışdığını bildirib: “Moskvada bizim hərbi heyətimiz məhsuldar görüş keçirib. İndi biz Türkiyə, RF, Ukrayna və BMT-nin nümayəndələrini toplamağa, mexanizm qurmağa hazırlaşırıq”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya