Türkiyə ilə Misir münasibətlərin normallaşdırılmasına hazırdırlar

2022-11-22 20:49:00

Türkiyə ilə Misir münasibətlərin normallaşdırılmasına hazırdırlar

Hurriyyet.az xəbər verir ki, dünən Qətərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Misir Prezidenti Əbdül Fəttah əs Sisinin ilk görüşü iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin başlanğıcı kimi qəbul edilir.

“Anadolu Agentliyi”nin Prezident Ərdoğandan gətirdiyi sitatda deyilir: “Dohada biz bu prosesin təməlini qoyduq. Ümidvaram ki, nazirlərin dialoqu ilə başlamış Misirlə münasibətlərin normallaşdırılması prosesi tezliklə yüksək səviyyədə danışıqlarla davam edəcək”.

Misirin “Ahram” portalının yazdığına görə, Misir Prezidenti də “bunun Qahirə ilə Ankara arasında ikitərəfli münasibətlərin inkişafının başlanğıcı olduğuna” əmindir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.078262