Türkiyə ilə İsrail birgə Avropaya qaz nəql edəcəklər

2022-05-30 10:37:00

Türkiyə ilə İsrail birgə Avropaya qaz nəql edəcəklər

Avropaya qaz nəqli Türkiyə ilə İsrail arasında münasibətləri yaxşılaşdıracaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə ölkəsi ilə İsrail arasında münasibətlərin normallaşacağına ümid etdiyini bildirib. Bu barədə TASS xəbər verib.

Prezident Ərdoğanın sözlərinə görə, bu həftə İsrailə səfər edən XİN naziri Mövlud Çavuşoğlunun ardınca Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Aralıq dənizindən Avropaya enerji və təbii qaz tədarükü sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün tezliklə İsrailə səfər edəcək.
"İlk növbədə, Aralıq dənizində bizim birgə seysmik tədqiqatlar apara biləcəyimiz ərazilər var. Müəyyən yerlərdə mütəxəssislər zondlama işləri aparacaqlar. Qaz yataqlarının kəşfiyyatı ilə bağlı məsələlər Energetika nazirimiz və onu İsrailli həmkarı arasında danışıqlarda müzakirə olunacaq. XİN nazirinin bizə verdiyi məlumata görə, tərəflər bu işə hazırdır”, deyən Ərdoğan Avropaya birgə qaz nəqlinin ikitərəfli əlaqələrə təkan verəcəyini qeyd edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya