Türkiyə ilə İraq Kürdüstanı arasında yeni keçid məntəqəsi açılır

İraq Kürdüstanı ilə Türkiyə arasında yeni keçid məntəqəsi açılacaq. "Türkiye qazetesi" məlumat verir ki, bu barədə İraq Kürdüstanı Muxtariyyəti tərəfindən açıqlama verilib.
Açıqlamada Türkiyə ilə İraq Kürdüstanı arasında bir ildir ki, tikintisi davam edən yeni keçid məntəqəsinin bu həftə içində açılacağı bildirilib. Açıqlamada yeni keçid məntəqəsinin Merqasur vilayətində yerləşən Şirvan Mazin qəsəbəsinin yaxınlığında olduğu məlumat verilir.
Türkiyənin ölkənin cənub-şərqində yerləşən Hakkari şəhəri ilə Ərbil vilayətinə (İraq Kürdüstanının paytaxtı) daxil olan İraqın Soran şəhəri arasında Zit keçid məntəqəsinin rəsmi açılışı bu həftə hər iki tərəfdən rəsmilərin iştirakı ilə baş tutacaq. Birinci mərhələdə keçid məntəqəsi turistlər üçün, daha sonra isə ticarət üçün açıq olacaq. Zit keçid məntəqəsi beynəlxalq səviyyəli məntəqə olacaq.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya