Türkiyə ilə İran-iki regional rəqib...İran saytından təhlil...

2022-08-30 14:05:00

Türkiyə ilə İran-iki regional rəqib...İran saytından təhlil...

“Arazın şimalında iqtisadi inkişaf üçün Tehran modeli: Cənubi Qafqaz İran üçün niyə önəmlidir?” başlıqlı yazısında İranın “Tahlil Bazaar” saytı yazır:
“İran 3+3 platformasının yaradılmasını fəal şəkildə vurğulayır. Bu platforma Ermənistan, Azərbaycan və Gürcüstanı Cənubi Qafqazla həmsərhəd üç böyük dövlətlə ideal şəkildə birləşdirir.
2020-ci ildə ikinci Qarabağ savaşının başa çatmasından və sonrakı proseslərdən sonra görünür, Tehran üçün Qafqaz regionunun əhəmiyyəti artıb. Nəzərə alaq ki, bu bölgə son iki əsrdə Rusiyanın hakimiyyəti və güclü təsiri altında olub, indiki şəraitdə isə bu, bir qədər azalıb.
Buna baxmayaraq, Qafqazdakı bəzi etnik qruplarla ortaq tarixə, mədəniyyətə, hətta dilə malik olan İran öz siyasi təsirini gücləndirə bilməyib və indi elə bir vəziyyətdədir ki, Türkiyə onun regional rəqibi kimi Rusiyanın Ukrayna münaqişəsindən istifadə edərək Azərbaycan və Gürcüstanın əməkdaşlığı ilə bu mühüm və strateji bölgədə öz rolunu və təsirini möhkəmləndirməyə çalışır.
Digər mühüm məsələ İranın Cənubi Qafqaza baxışını əhatə edir ki, bu da son vaxtlar Tehran üçün daha çox əhəmiyyət kəsb edib....”

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059543