Türkiyə ilə Ermənistanın nümayəndələri görüşdülər
2022-05-04 09:01:00

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması prosesi çərçivəsində tərəflərin nümayəndələrinin üçüncü görüşü ilə bağlı açıqlama verib. Açıqlamada “möhkəm irəliləyiş üçün atıla biləcək addımların müzakirə edildiyi” bildirilir.
Nazirliyin yazılı açıqlamasında Türkiyənin xüsusi nümayəndəsi səfir Serdar Kılıç ilə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın arasındakı üçüncü görüşün mayın 3-də, Vyanada keçirildiyi xəbər verirlir.
İki ölkə arasındakı normallaşma prosesi çərçivəsində ilk görüş 14 yanvar tarixində Moskvada, ikincisi isə 24 fevralda Vyanada keçirilib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya