Türkiyə ilə Ermənistandan diplomatik təmaslarla bağlı açıqlama

2022-01-14 17:46:00

Türkiyə ilə Ermənistandan diplomatik təmaslarla bağlı açıqlama

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə ilə Ermənistanın iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrinin – diplomat Serdar Kılıçla Ermənistan parlamentinin sədrinin müavini Ruben Rubinyanın Moskvada keçirilən görüşü başa çatıb.

Türkiyənin Xarici İşlər Nazirliyi birinci görüşün müsbət atmosferdə keçdiyini bəyan edib. Naziriliyin mətbuat xidmətinin açıqlamasında deyilir: “Görüş konstruktiv və müsbət atmosferdə keçib. İlkin şərtlər qoyulmadan təmasları davam etdirmək razılığı əldə edilib. Xüsusi nümayəndələrin ikinci görüşünün zamanı və məkanı diplomatik kanalla müəyyənləşdiriləcək”.

Ermənistan XİN-in mətbuat xidmətinin açıqlamasında deyilir: “Münasibətlərin tamamilə normallaşdırılması məqsədi ilə tərəflər danışıqları ilkin şərtlər olmadan davam etdirmək məsələsində razılaşıblar”.

Hürr Tərcüman