TÜRKİYƏ İKİ XARİCİ DÖVLƏTDƏ ANTİTERROR ƏMƏLİYYATLARI KEÇİRDİ
2024-07-15 16:52:28

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin İraq (Metina və Qara rayonları) ilə Suriyanın ("Barış bulağı" əməliyyatı ərazisində) şimal bölgələrində keçirdikləri əməliyyatlar nəticəsində 17 nəfər terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib. Açıqlamada deyilir: "Terrorçular üçün qaçacaq yer yoxdur. Heç bir yer onlar üçün təhlükəsiz deyil. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində aşkar etdiyi 14 nəfər, Suriyadakı "Barış bulağı" əməliyyatı bölgəsində isə 3 nəfər PKK/PYD terrorçusunu zərərsizləşdirib".
Hürr Tərcüman
