Saat:00:29
Haqqımızda

Türkiyə hərbçiləri təlimdə iştirak üçün Azərbaycana yola düşdü - FOTO

2025-06-09 22:30:02

Türkiyə hərbçiləri təlimdə iştirak üçün Azərbaycana yola düşdü - FOTO

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycana yola düşüb.

Hurriyyet.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata əsasən, şəxsi heyət Naxçıvanda keçiriləcək "Sarsılmaz Qardaşlıq" təlimində iştirak edəcək.

Bildirilib ki, Həsrət körpüsündə bayraq mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, "Sarsılmaz Qardaşlıq" adlı kompüter dəstəkli komanda-qərargah təlimi təlim 12-19 iyun tarixləri arasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək.

Məqaləyə dair fotomateriallar:

​​​​​​

 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.165557