Saat:15:11
Haqqımızda

“Türkiyə həm Ukrayna, həm də Rusiya ilə danışıqlar aparır”

2022-05-26 15:22:00

“Türkiyə həm Ukrayna, həm də Rusiya ilə danışıqlar aparır”

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Röyters” agentliyi yayıb.

Türkiyə “taxıl dəhlizi”nin açıqlaması üçün Kiyev və Moskva ilə danışıqlar aparır. Ankara Ukrayna taxılının ixracı üçün Türkiyədən dəhliz açılmasını təklif edir. Bu barədə açıqlamanı agentliyə Türkiyədən olan yüksək vəzifəli məmur verib. Adının açıqlamasını istəməyən məmur deyib: “Türkiyə Ukraynadan taxıl ixracı üçün həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparır. Danışıqlar hələ davam edir”.

Fevral ayında Rusiyanın Ukraynaya təcavüzündən sonra Qara dənizdəki Ukrayna limanlarının qarşısı kəsilib və 20 milyon tondan artıq taxıl limanlarda qalıb.

Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko çərşənbə günü verdiyi açıqlamada bildirmişdi ki, Moskva ərzaq daşıyan gəmilər üçün dəhliz verməyə hazırdır, lakin bunun qarşılığında Qərbin bəzi sanksiyalarının ləğv edilməsini tələb edir.

Bundan sonra Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Rusiyanın şantajına uymamamaq və sanksiyaları ləğv eləməmək çağırışı edib. ABŞ da Rusiyanın Ukrayna limanlarının qarşısının açılması müqabilində sanksiyaları ləğv eləmək təklifini rədd edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR