Saat:19:56
Haqqımızda

"Türkiyə hələ də İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verə bilmir" - Akar

2022-06-27 20:28:00

“Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə razılaşa bilmir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Türkiyə hələ də İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verə bilmir.

“Terrorçuları dəstəkləməyi, onlarla əlaqələri davam etdirməyi tamamilə dayandırmayınca “hə” deyə bilmərik”, – müdafiə naziri vurğulayıb.

Qeyd etdiyimiz kimi, daha əvvəl Türkiyə hakimiyyəti İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün Ankaranın razılığı üçün zəruri olan on şərti açıqlamışdı.

Türkiyə istəyir ki, ilk növbədə bu ölkələr Ankaranın terrorçu elan etdiyi Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstəyi dayandırsın.

Xatırladaq ki, Avropa Parlamenti Türkiyənin Finlandiya və İsveçin alyansa qoşulmasına mane olacağı təqdirdə NATO-da təcrid olunacağını etiraf edib.

Avropa Xalq Partiyasının rəhbəri Manfred Veberin sözlərinə görə, bunu etmək istəyən ölkələrin alyansa daxil olmasını ləngitmək və ya əngəlləmək üçün heç bir əsas yoxdur. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR