Türkiyə Gürcüstana hərbi texnika bağışladı

2022-12-19 12:25:00

Türkiyə Gürcüstana hərbi texnika bağışladı

Hurriyyet.az “Qruziya onlayn” kanalına istinadla xəbər verir ki, Türkiyə Respublikasının rəhbərliyi aviasiya imkanlarının və hava müdafiəsinin imkanlarının genişləndirilməsi üçün Gürcüstanın Müdafiə Qüvvələrinə müxtəlif növ texnikalar verib. Bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyi verib. Nazirliyin açıqlamasına görə, Marneuli rayonundakı aviabazada keçirilən tədbirdə Gürcüstanın Müdafiə nazirinin müavini Qriqol Qiorqadze, Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Çiçinadze və Türkiyənin Tbilisidəki səfiri Əli Kaan Orbay iştirak ediblər.

Açıqlamada deyilir: “Türkiyə tərəfi ödənişsiz şəkildə Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığına iki ədəd aerodrom xüsusi texnikası və UH-1H vertolyotlarının ehtiyat hissələrini verib. Texnikanın verilməsi Türkiyə Respublikası ilə hərbi-maliyyə əməkdaşlığı razılaşması çərçivəsində baş tutub. Gürcüstan ilə Türkiyə müdafiə sahəsində müxtəlif sahələrdə uzun illər ərzində sıx əməkdaşlıq edirlər”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.159786