Türkiyə “F-16” sövdələşməsinin tezliklə baş tutacağını gözləyir
2022-12-07 17:36:00

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın müdafiə büdcəsindən Türkiyəyə “F-16” qırıcılarının satışını əngəlləyən müddəaların çıxarılmasını müsbət hadisə kimi qiymətləndirib. Nazirin sözlərinə görə, Ankara bu sövdələşmənin tez bir zamanda başa çatmasını gözləyir.
Çavuşoğlu qeyd edib ki, bu ilin noyabrında Balidə G-20 ölkələrinin sammiti zamanı iki ölkənin prezidentlərinin – R.T.Ərdoğanla Co Baydenin görüşü, həmçinin işçi qruplar səviyyəsində Türkiyəyə Amerika təyyarələrinin satışı məsələsi müzakirə edilib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya