Saat:14:34
Haqqımızda

Türkiyə Ermənistanla sərhədini nə vaxt açacaq? Paşinyana dəstək və soyuq müharibənin sonu

2025-12-03 13:37:50

Türkiyə Ermənistanla sərhədini nə vaxt açacaq? Paşinyana dəstək və soyuq müharibənin sonu

Hurriyyet.az xəbər verir ki, Türkiyə Ermənistanla sərhədləri yaxın 6 ay ərzində açmaq imkanlarını nəzərdən keçirir. 
Bu barədə "Blumberq" ("Bloomberg") agentliyi mənbələrə istinadla məlumat verib.
Məlumatlı mənbə agentliyə açıqlamasında deyib: "Türkiyə yaxın altı ay ərzində Ermənsitanla quru sərhədlərini açmaq imkanlarını nəzərdən keçirir. Bununla da Cənubi Qafqazda ticarət yolları bərpa ediləcək və Avropada soyuq müharibə dövründəki son sərhəd qapanmasına son qoyulacaq".
Azərbaycanla diplomatik yaxınlaşma və Türkiyə ilə sərhədin  açılması Ermənistanın Baş naziri Nikol Paşinyana 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri astanasında əhəmiyyətli siyasi təkan verə bilər.
Mənbələr əlavə edirlər ki, yalnız bu cür razılaşmalara nail olduqdan sonra Türkiyə Ermənistana səfir təyin edə və ölkələr arasında diplomatik münasibətlər tam bərpa oluna bilər.
Hürr Tərcüman