Saat:06:42
Haqqımızda

Türkiyə Ermənistanla danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac görmür

2022-01-20 23:26:00

Türkiyə Ermənistanla danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac görmür

“Rəsmi Ankara İrəvanla danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac görmür”.

 

Bu barədə jurnalistlərə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

 

“Ermənistanla danışıqların növbəti raundunun tarixini hər iki tərəfin xüsusi nümayəndələri müəyyən edəcək. Biz danışıqların Türkiyə və Ermənistanda baş tutmasını istəyirik. Onların üçüncü ölkədə keçirilməsinə ehtiyac yoxdur”, - mənbə bildirib.

 

Xatırladaq ki, Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin ediblər. \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR