“Türkiyə Ermənistandan səmimiyyət gözləyir”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ Starteji Mexanizmi Nazirlər İclasında iştirak eləmək üçün səfərə getdiyi ABŞ-da, Türkiyənin Vaşinqtondakı səfirliyinin binasında türk vətəndaşlarla görüşüb, bir sıra məsələlər barəsində danışıb.
Çavuşoğlu çıxışı zamanı Ermənistan məsələsinə də toxunub. Türkiyənin Azəraycan, Qazaxıstan və Gücüstanla birlikdə şərq-qərb orta dəhlizi məsələsində üçtərəfli və dördtərəfli mexanizmlər qurduğunu söyləyən Çavuşoğlu deyib: “Ermənistanın da bu prosesə daxil olacağına, yəni sülh yolunda səmimi addımlar atacağına ümid edirəm. Son zamanlarda təəssüf ki, müzakirələr istiqamətində geri addımlar atıldığını görürük. Bu gün (ABŞ Xarici İşlər naziri) Blinken (Ermənistanın Baş naziri Nikol) Paşinyanın səmimi olduğunu söylədi, lakin bunu sözdə deyil, əməldə də görmək istəyirik”.
Çavuşoğlu Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesindən də danışıb: “Bunu rahatlıqla həm də qardaş can Azərbaycanın adından söyləyə bilərəm ki, Türkiyə və Azərbaycan (Ermənistanla münasibətləri) normallaşma məsələsində səmimidirlər”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya