Saat:21:11
Haqqımızda

Türkiyə-Ermənistan sərhədi açılır: "Azərbaycan razılıq verməsə..."

2022-07-04 10:07:00

Türkiyə-Ermənistan sərhədi açılır:

İyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç ilə Ruben Rubinyan arasında növbəti görüş baş tutub. Xüsusi nümayəndələrin görüşü zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına razılıq verilib.

“Tərəflər müvafiq olaraq Türkiyə və Ermənistana səfər edən üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan quru sərhədindən mümkün qədər tez keçməsini təmin etmək barədə razılaşıblar və bu istiqamətdə lazımi proseslərə başlamaq qərarına gəliblər”, - deyə Ermənistan tərəfi məlumat yayıb.

Tərəflər, həmçinin Türkiyə-Ermənistan hava yük daşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər. Bu istiqamətdə də lazımi addımlar atılacaq.

Bundan əlavə, görüşdə əsas məqsədə - münasibətlərin yekun tənzimlənməsinə nail olmaq üçün digər mümkün tədbirlər də müzakirə edilib. Nümayəndələr prosesin ilkin şərt olmadan davam etdirilməsi barədə razılığa gəliblər.

Hurriyyet.az xəbər verir ki, Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı Vyana görüşünün nəticələri barədə Modern.az-a danışıb.

Onun sözlərinə görə, bu yolla Türkiyə Ermənistanı özündən asılı vəziyyətə salacaq.

Cihad Yaycı bildirib ki, Türkiyə Azərbaycanın razılığı olmayan heç bir addım atmır: "Türkiyə və Ermənistan arasında quru sərhədlərinin açılmasına Azərbaycan razılıq verib. Azərbaycan razılıq verməzsə, sərhədlərin açılması mümkün deyil. Ermənistana verilən mesaj budur ki, əgər Azərbaycanla əlaqələrini düzəltsələr, Bakının şərtlərini qəbul etsələr, Türkiyədə münasibətlərin bərpasına müsbət yanaşacaq".

Kontr-admiral hesab edir ki, əslində quru sərhədlərinin açılması ilə Ermənistan Türkiyədən asılı vəziyyətə düşəcək: "Bu da bizim əlimizdə fürsət olaraq qalacaq. Əgər Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməsə, o zaman quru sərhədlərinin bağlanması onlar üçün daha böyük problem yaradacaq. Digər tərəfdən quru sərhədlərinin açılması Türk dünyasının ticarət əlaqələrinin genişlənməsinə səbəb olacaq. Bununla bölgədə sülh yaradıla bilər".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR