“Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyirik”

2022-06-07 15:00:00

“Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını dəstəkləyirik”

“Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəklədiyini ən yüksək səviyyədə ifadə edib”.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların həyata keçirdiyi 3 görüşü çox müsbət qiymətləndirir: “Bu, Türkiyə və Azərbaycanın Ermənistana müsbət mesajlarına dair bir nümunədir. Ermənistanla normal qonşuluq əlaqələri qurmağın tərəfdarıyıq və Ermənistan buna uyğun addımlar atarsa, beynəlxalq hüquqa hörmət edərsə, regional gerçəklikləri düzgün anlayarsa, bu istiqamətdə yaxşı nəticələr əldə etmək mümkün olacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya