Saat:16:23
Haqqımızda

Türkiyə ərizəni təsdiqləyir – Finlandiya üçün yaşıl işıq

2023-03-24 12:38:00

Türkiyə ərizəni təsdiqləyir – Finlandiya üçün yaşıl işıq

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, martın 23-də Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq İşlər Komitəsi Finlandiyanın NATO ittifaqına qoşulmaq barəsindəki müraciətinə müsbət cavab verib. Növbəti addım Türkiyə parlamentinin qərar qəbul eləməsidir. Ərizənin martın 26-na qədər təsdiqlənməsi gözlənilir.

Sənəd Türkiyə Prezidenti R.T.Ərdoğan tərəfindən imzalanıb. İndi protokol ölkə parlamentində təsdiqlənməlidir.

Xatırladaq ki, Ərdoğan ötən həftə Ankaranın Helsinkinin NATO-ya üzvlük ərizəsini təsdiqləməyə hazır olduğunu bəyan eləmişdi.

Hazırda Finlandiya alyansa qoşulmaq üçün bütün daxili prosedurları yekunlaşdırıb. Ölkə Prezidenti Sauli Niinistye müvafiq qanunları imzalayıb.

Finlandiya ötən ilin mayında İsveç ilə eyni zamanda NATO-ya üzvlük üçün ərizə ilə müraciət etmişdi. Hazırda Türkiyə ilə Macarıstandan savayı, bütün NATO üzvləri hər iki Skandinav ölkəsinin ərizələrini təsdiqləyiblər. Hərbi ittifaqın ümumilikdə 30 üzvü var. Onların siyahısına ABŞ, Kanada və Avropa ölkələri daxildir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR