Saat:02:19
Haqqımızda

Türkiyə əməliyyat keçirdi, Rusiya Suriyadakı hərbi bazalarından 3-nü tərk elədi

2021-10-19 14:53:00

Türkiyə əməliyyat keçirdi, Rusiya Suriyadakı hərbi bazalarından 3-nü tərk elədi

Hurriyyet.az xəbər verir ki, Türkiyə ilə Suriya Milli Ordusunun hərbçilərinin terror hədəflərini bombalamasından sonra Suriyanın şimalındakı Tel-Abyad rayonunun Ayn İsa məntəqəsində 3 hərbi bazası olan Rusiyanın hərbçiləri və onlarla birlikdə olan Əsəd qüvvələri regionu tərk ediblər. Rusiya ilə Əsəd qüvvələrinin bölgəni zirehli texnika və vertolyotlarla tərk elədiyi qeyd edilib. Rusiya bazaların üçünü də bağlayıb.

Bu barədə məlumatı Rusiyanın “Avio.pro” saytı verib.

Regionda qalan YPG/PKK ünsürlərinə qarşı artilleriya hücumları davam edir. Suriyanın müxalif qüvvələri Ayn İsaya daxil olmağa hazırlaşırlar.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR