Türkiyə əməliiyat siqnalını verəndən sonra Rusiya Suriyanın şimalına qüvvə yığmağa başladı

2022-06-04 16:42:00

Türkiyə əməliiyat siqnalını verəndən sonra Rusiya Suriyanın şimalına qüvvə yığmağa başladı

Rusiya İranı Suriyadan sıxışdırır

Hurriyyet.az “Anadolu Agenliyi”nə istinadla xəbər verir ki, Rusiya Suriyanın şimalındakı bəzi rayonlarda hərbi varlığını artırmaqdadır.

Rusiya ordusu Kamışlı aeroportu rayonunda Hava Hücumundan Müdafiə sistemi yerləşdirib. “Anadolu” agentliyinə məlumat verən mənbələr bildirilər ki, Rusiya hərbçiləri son günlərdə Suriyanın Türkiyə sərhədindən 18 km məsafədə yerləşən Kamışlı şəhərində fəallıq göstərirlər. Rusiyanın Hava Kosmik Qüvvələri Suriyanın YÖG/PKK terrorçularının nəzarətində olan Tel Rüfət rayonunda kəşfiyyat uçuşları aparırlar.

Əldə edilən məlumatlara görə, Rusiya hərbçiləri İran nümayəndələrinə  mayın 30-da Bəşər Əsəd tərəfdarları ilə YPG/PKK terrorçularının başçılarının iştirakı ilə keçilən iclasda iştiak eləməyə icazə verməyiblər. Həmçinin, Rusiya tərəfi İranın dəstələrinin Tel Rüfət şəhərinin yaxınlığındakı Nubul Zəhra rayonunda “Qrad” reaktiv yaylım atəşi sistemini yerləşdirməsinə icazə verməyiblər.

Mayın 31-də isə Rusiya hərbçiləri Əsəd tərəfdarlarına və YPG/PKK başçılarına xəbərdarlıq edərək, İranın dəstəklədikləri döyüşçülərin Minnaq aeroportu yaxınlığına yerləşməsinə yol verməməyi tapşırıblar.

Rusiya hərbçiləri hazırda Tel Rüfət rayonunun mərkəzindən 3 km qərbdə, Faysal dəyirmanı adlanan məntəqədə yerləşiblər. Rusiya hərbçilərinin az sayda olan bir qismi isə Əsəd tərəfdarlarının nəzarətində olan Kamışlı aeroportunda yerləşib. Həmin vilayətin böyük hissəsi hazırda  YPG/PKK terrorçularının nəzarətindədir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              

Bu günlərdə Rusiyanın yük təyyarəsi həmin aeroporta gələrək “Pantsir S1” zenit raket-artilleriya kompleksini gətirib.  Suriyanın Ayn İsa, Tel Temir, Münbiç və Ayn əl Ərəb rayonlarında da Rusiyanın hərbi varlığını artırması müşahidə olunur.

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti R.T. Ərdoğan Türkiyə sərhədi boyunca 30 km dərinlikdə “təhlükəsizlik dəhlizi” yaradılmasının başa çatdırılması üçün yaxın günlərdə Suriyanın şimalında yeni antiterror əməliyyatı aparılacağını bəyan edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya