Türkiyə də İsrailə qarşı ittihamçı olacaq
2024-05-01 17:19:08
Hurriyyet.az xəbər verir ki, Ankara Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı məhkəmə iddiasında ittihamçıların sırasına qoşulacaq.
Bəlli olduğu kimi, Qəzza bölgəsindəki vəziyyətlə əlaqədar CAR BMT-nin soyqırımı konvensiyasının pozulması ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı çıxış edir.
Bu barədə açıqlamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan verib.
Hürr Tərcüman