Türkiyə bu bölgəyə əlavə hərbi qüvvələr göndərib
2023-09-16 20:09:42

Türkiyə hərbçiləri Suriyanın şimalında müxalif qüvvələrlə “Cəbhət ən-Nusra” təşkilatı arasında toqquşmaların baş verdiyi təhlükəsizlik zonasında mövcudluğunu gücləndirib.
“Hurriyyet” xəbər verir ki, “Asharq Al-Awsat” qəzeti “Cəbhət ən-Nusra” silahlılarının ələ keçirməyə çalışdığı Kfar Cinna bölgəsinə Türkiyənin zirehli texnikası və əlavə hərbi qüvvələrinin göndərildiyini yazıb.
Döyüşlər, həmçinin Əl-Hamran sərhəd keçid məntəqəsi yaxınlığındakı Cerabulus yaxınlığında da gedir.
Terrorçuların bu əraziyə nəzarəti bərqərar etməsi təhlükəsi “Əhrar əş-Şam” qruplaşmasının parçalanmasından, onun hissələrinin bir qismi “Cəbhət ən-Nusra”ya, digərləri də Ankaranın dəstəklədiyi Azad Suriya Ordusuna qoşulduqdan sonra yaranıb.\\Report
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya