Saat:01:03
Haqqımızda

Türkiyə BRİKS-in tamhüquqlu üzvü olmaq niyyətindədir

2024-09-04 16:15:26

Türkiyə BRİKS-in tamhüquqlu üzvü olmaq niyyətindədir

Hurriyyet.az xəbər verir ki, Rusiya tərəfi Türkiyənin BRİKS təşkilatının üzvü olmaq üçün müraciət etməsi xəbərini təsdiqləyib. Təşkilatın üzvləri müraciəti nəzərdən keçirəcəklər. Bu barədə sentyabrın 4-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib: "Türkiyə tam formatda üzv olmaq üçün müraciət edib. Müraciət nəzərdən keçiriləcək".
Türkiyə bu ilin əvvəlindən bəri BRİKS üzvü olmaq üçün müraciət etmiş üçüncü ölkə olub. Ondan əvvəl Malayziya və Azərbaycan eyni müraciəti ediblər.
22-24 oktyabr tarixlərində Tatarıstanın paytaxtı Kazan şəhərində BRİKS sammiti keçiriləcək. Türkiyə Prezidenti R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvətini qəbul edərək tədbirdə iştirak edəcək.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.170322