Saat:16:19
Haqqımızda

Türkiyə Böyük Britaniya ilə yeni azad ticarət sazişi üzrə danışıqlara başlayacaq - “Hürriyet Daily News”

2024-10-30 13:12:58

Türkiyə Böyük Britaniya ilə yeni azad ticarət sazişi üzrə danışıqlara başlayacaq - “Hürriyet Daily News”

Türkiyənin Böyük Britaniya ilə yeni azad ticarət sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu xarici işlər naziri Hakan Fidan Londonda britaniyalı həmkarı ilə görüşdə bir daha bəyan edəcək. Bu barədə “Hürriyet Daily News” yazır. 

Qəzetin yazdığına görə, Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşdə də Ankaranın Londonla, xüsusən də ticarət, iqtisadiyyat və müdafiə sənayesi sahələrində əlaqələrdən razı olduğunu söyləyəcək.

Türkiyəli diplomat vurğulayacaq ki, mövcud əməkdaşlıqla yanaşı, enerji və nəqliyyat da daxil olmaqla yeni sahələrə sərmayə qoyulması vacibdir.

Gözlənilir ki, görüşdə hər iki tərəf azad ticarət sazişi məsələsini müzakirə edəcək, eləcə də gələcək mümkün danışıqlar üçün yol xəritəsini hazırlamaq niyyətini açıqlayacaqlar.

Qeyd edək ki, Fidanın Londona bu səfəri Böyük Britaniyada Leyboristlər Partiyası hakimiyyətə gəldikdən sonra ilk səfər olacaq. Yeni azad ticarət sazişi üzrə danışıqlara başlamaq üçün əvvəlki hökumətlə razılaşma var idi, lakin seçkilərlə əlaqədar proses təxirə salınmalı oldu.

Türkiyənin xarici işlər naziri Lammidən başqa digər Britaniya rəsmilərinə də baş çəkəcək.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.240865