Türkiyə BMT-ni İsraili dayandırmağa çağırdı
2024-02-12 15:24:26

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında Türkiyənin İsrailin Rafah şəhərinə hücumlarının artmasından narazılığı ifadə olunub.
Bəyanatda deyilir: "Hücumların davam eləməsi Qəzzada bəşəri faciəni daha da ağırlaşdırır və regionda sabit atəşkəsə nail olmaq səylərinə zərbə vurur. Biz beynəlxalq ictimaiyyəti, o cümlədən BMT Təhlükəsizlik Şurasını İsraili dayandırmaq üçün zəruri addımları atmağa çağırırıq".
Hürr Tərcüman
