Türkiyə “bir ürək” oldu... - YENİLƏNİB
.jpg)
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirir.
Hurriyyet.az xəbər verir ki, canlı yayım zamanı fəlakət bölgələrində zərərçəkənlər üçün ümumi 108 milyard 663 milyon 563 min lirə yardım toplanıb.
Qeyd edək ki, canlı yayım davam edir və toplanan məbləğ hər dəqiqə artır.
***
“Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım yekunlaşıb.
Hurriyyet.az xəbər verir ki, kampaniya çərçivəsində 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb.
Ümumilikdə isə 9 milyon 10 min SMS göndərilib.
Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya