Türkiyə-Azərbaycan-Qazaxıstan dəhlizi ilə daşınan yüklər Gürcüstandan baş tutacaq-Rəsmi Ankaradan AÇIQLAMA

2022-07-29 15:14:00

Türkiyə-Azərbaycan-Qazaxıstan dəhlizi ilə daşınan yüklər Gürcüstandan baş tutacaq-Rəsmi Ankaradan AÇIQLAMA

Türkiyə Türkiyə-Azərbaycan-Qazaxıstan dəhlizi ilə yüklərin daşınması üçün Gürcüstandan istifadə etmək niyyətindədir. Bunu Türkiyənin XİN naziri gürcü həmkarı İlya ilə görüşdən sonra deyib. 

"Mövcud vəziyyəti nəzərə alaraq, Rusiya ərazisindən Avropa istiqamətində yüklərin daşınması regionda son dərəcə çətinləşib və faktiki olaraq qeyri-mümkün olub. Biz Gürcüstanı bu prosesə fəal şəkildə cəlb etmək istəyirik", deyə Mövlud Çavuşoğlu Darçiaşvili ilə Ankarada görüşdən sonra bildirib.
Mövlud Çavuşoğlunun sözlərinə görə, artıq növbəti görüşdə Türkiyə, Azərbaycan və Qazaxıstan Orta Asiya istiqamətində malların daşınması mexanizmini və bu məsələdə Gürcüstanın rolunu müzakirə edəcəklər.
Ankarada keçirilən görüşdə Darçiaşvili ilə Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana mümkün səfərini də müzakirə ediblər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063624