Saat:06:35
Haqqımızda

"Türkiyə Avropadan 40 ədəd hərbi təyyarə almağa hazırlaşır"

2024-02-02 10:31:17

Hurriyyet.az xəbər verir ki, Türkiyə Birləşmiş Ştatlarla (23 milyard dollarlıq) sövdələşmə nəticəsində F-16 təyyarələri almaq məsələsində razılıq əldə eləsə də, əlavə olaraq, 40 ədəd "Eurofighter Typhoon" qırıcısı almaq niyyətindədir. Bu barədə məlumatı "Röyter" agentliyi Türkiyənin Müdafiə Nazirliyindəki mənbəyə istinadla verib. Xəbərdə "Eurofighter Typhoon" təyyarələrini almaq üçün Ankaranın Böyük Britaniya və İspaniya ilə danışıqlar apardığı bildirilir. Mənbənin məlumatına görə, hələ 2021-ci ilin oktyabrında ABŞ-dan F-16 təyyarələrinin təhvil verilməsi tələb edilsə də, indiyə qədər vədin yerinə yetirilməməsi Türkiyəni belə bir addım atmaq məcburiyyətində qoyub.
"Eurofighter Typhoon" təyyarələri Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın konsorsiumunun istehsalıdır.
Bəlli olduğu kimi, ABŞ Prezidenti Co Baydenin administrasiyası Türkiyəyə 40 ədəd "Lockheed Martin F-16" qırıcısını və 80 ədədə yaxın modernləşdirmə komplekti satmaq niyyətində olduğu barəsində ötən həftə Konqressə rəsmi məlumat verib. Bu addım Amkaranın İsveçin NATO üzvlüyü ilə bağlı müraciətini təsdiqləməsinin ertəsi günü atılıb. 
Lakin Bayden administrasiyasının satış qərarı hələ ABŞ Konqresində də təsdiqlənməlidir.
Qeyd edək ki, Hərbi Hava Qüvvələrini modernləşdirməyə səy göstərən Türkiyə dövləti BƏƏ ilə əməkdaşlıq edərək, öz milli qırıcısı olan KAAN təyyarəsinin istehsalı üzərində çalışır. 
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.188575