"Türkiyə artıq regional deyil, qlobal gücdür..." - Çavuşoğlu Türkiyənin dünya siyasətindəki rolu HAQDA

2022-04-18 14:02:00

"Yanğın bizim ətrafımızdadırsa, onu söndürmək hamıdan əvvəl borcumuzdur. Çünki biz Türkiyə olaraq artıq regional güc deyilik. Türkiyə artıq qlobal gücə çevrilib".

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukrayna-Rusiya savaşına münasibət bildirərkən deyib.

"Biz həm meydanda, həm də masada mövcud olmalıyıq. Təkcə meydanda və masada var olmaq kifayət deyil. Meydanda və masada güclü olmalıyıq. Çətinliklər varmı? Var, olacaq. Bu gün dünyanın hər yerində çətinliklər var. Problemlər varmı? Var. Bütün dünyada inflyasiya var. Bu epidemiya ilə başladı.İndi Ukrayna müharibəsi ilə bu başqa məcrada inkişaf etdi.Ancaq hər böhran fürsət gətirir.Biz Türkiyə olaraq mövcud böhranları həll etməyə çalışırıq,digər tərəfdən çalışırıq ölkəmiz və millətimiz üçün qarşımıza çıxan fürsətlərdən istifadə edək.  "Niyə hər iki lider, niyə hər iki ölkə "biz yalnız Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyini qəbul edirik" deyir. Çünki biz prinsiplərlə hərəkət edirik, çünki hər kəslə münasibətlərimizi ən yaxşı şəkildə aparmaq istəyirik. Ədalətli davranırıq, doğruları deyirik. Türkiyənin dünya sülhü üçün əhəmiyyəti artır.

""Dünya 5-dən böyükdür" deyir prezidentimiz. Niyə? Çünki qurulan sistemlər, xüsusilə BMT, müharibələrin qarşısını ala bilmir. Bu sistemi dəyişməliyik. Heç kimə kin saxlamırıq. Daha ədalətli dünya üçün çalışaq deyirik. Amma bu sistem dəyişənə qədər oturub gözləyə bilmərik. Çünki yanğın yanımızdadır. Müharibələrin 60 faizi bizim coğrafiyamızdadır.

Cənubumuzda, şimalımızda, şərqimizdə,qərbimizdə. Balkanlarda, Qafqazda, Suriyada, Yəməndə, Liviyada hər yerdə.  İndi də Ukraynada. Gürcüstanın da sərhəd bütövlüyü, ərazi bütövlüyü problemləri var. Amma biz bütün qonşularımızın ərazi bütövlüyünü dəstəkləyirik. Yanğın ətrafımızdadırsa onu söndürmək hamıdan əvvəl borcumuzdur. Çünki biz Türkiyə olaraq artıq regional güc deyilik. Türkiyə artıq qlobal gücə çevrilib", - deyə Çavuşoğlu qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya