Saat:00:28
Haqqımızda

Türkiyə antiterror əməliyyatına hazırlaşır, İran vasitəçilik təklif edir

2022-12-02 17:36:00

Türkiyə antiterror əməliyyatına hazırlaşır, İran vasitəçilik təklif edir

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki,  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə telefonla danışıb.

Abdullahiyan Türkiyənin Suriyada antiterror əməliyyatı keçirməsinin problemləri həll eləməyəcəyini deyib, İranın Əsəd hökuməti ilə Ankara arasında vasitəçilik edə biləcəyini qeyd edib.

Bundan əvvəl ABŞ, Rusiya, Fransa və Almaniya kimi ölkələr də Türkiyənin cənub sərhədləri üçün təhlükə törədən qruplaşmalara qarşı antiterror əməliyyatı aparmasına qarşı olduqlarını bildirmişdilər.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR