Saat:23:50
Haqqımızda

Türkiyə, ABŞ və Qətər işə başlayır - 7 milyardlıq saziş

2025-05-29 20:18:22

Türkiyə, ABŞ və Qətər işə başlayır - 7 milyardlıq saziş

Suriya Qətər, Amerika və Türkiyə şirkətlərindən ibarət konsorsiumla müharibədən zərər çəkmiş elektrik sektorunu bərpa etmək üçün 7 milyard dollarlıq enerji müqaviləsi imzalayıb.

Razılaşmaya Suriya prezident sarayında Prezident Əhməd əş-Şara və ABŞ-ın Suriya üzrə nümayəndəsi Tomas Barakın iştirakı ilə bu gün imza atılıb.

Razılaşmaya ümumi gücü 4000 meqavat olan dörd kombinə edilmiş dövrəli qaz-turbin elektrik stansiyasının, həmçinin Suriyanın cənubunda 1000 meqavatlıq günəş elektrik stansiyasının tikintisi daxildir.

Tikinti işlərinin yekun razılaşmalar əldə edildikdən sonra başlanması gözlənilir. \\Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.131958