Türk polisinin bu hərəkəti Azərbaycanda gündəm oldu – Video

2023-09-09 10:33:23

Türk polisinin bu hərəkəti Azərbaycanda gündəm oldu – Video

Türkiyə-Ermənistan futbol oyunundan əvvəl türk polisinin Azərbaycan bayrağını təhvil aldıqdan sonra öpməsi sosial şəbəkələrdə viral olub.

Hurriyyet.az xəbər verir ki, ötən gün Türkiyə millisinin Ermənistan yığması ilə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşmasında stadiona Azərbaycan bayrağı ilə gələn azarkeşlər yoxlanılıb.

Polisin azarkeşdən təhvil aldığı bayrağı öpməsi isə alqışlarla qarşılanıb.

Xatırladaq ki, Eskişehir Atatürk Stadionunda keçirilən matçda tərəflər bərabərə qalıb – 1:1

Həmin görüntüləri təqdim edirik.


yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.099409