Türk ordusunu köməyə çağırdılar: Bizi xilas edin - Ərdoğan müharibə anonsunu verdi

2021-10-13 16:32:00

Türk ordusunu köməyə çağırdılar: Bizi xilas edin - Ərdoğan müharibə anonsunu verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Suriyada ən qısa zamanda lazımi addımları atacağıq” açıqlamasından sonra bölgədə terrorçulara qarşı yeni hərbi əməliyyatların başlayacağı gözlənilir.

Hurriyyet.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediasına açıqlama verən Cerbalus bölgəsinin keçmiş polis rəisi Abdurezzak Aslan bildirib ki, Mənbic, Kobani, Surrin, Rəqqa, Haseke və digər bölgələrdə işğal və təzyiq altından yaşayan xalq, Türkiyə ordusunun gəlişini gözləyir. Xalq türk ordusunu güllərlə qarşılayacaq deyən keçmiş polis rəisi bildirib ki, bölgədə vəziyyət yaxşı deyil. Terrorçular sakinlərə çətinliklər yaradır, gənclər güc yoluyla terror qruplaşmalarına qoşulur.

Qeyd edək ki, Ərdoğan Suriyadan Türkiyəyə yönəlik terror hücumlarının Ankaranın səbrini daşırdığını və təhdidləri məhv etməkdə qərarlı olduqlarını bildirib.