Türk ordusu Hələb yaxınlığında kürd mövqelərini atəşə tutur - VİDEO
Suriyanın Hələb vilayətinin ətraf rayonlarında hərbi vəziyyət yenidən kəskinləşib.
Yerli KİV-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Hələb ətrafında kürd qüvvələrinə məxsus mövqeləri artilleriya atəşinə tutub. Eyni zamanda, bölgədə Suriya Demokratik Qüvvələri ilə Suriya hökumət ordusu arasında toqquşmalar davam edir.
Məlumatlara görə, qarşıdurmalar nəticəsində mülki əhali arasında xəsarət alanların sayı artmaqdadır, bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır. Döyüşlərin getdiyi ərazilərə əlavə hərbi kolonların cəlb edildiyi də bildirilir.
Son məlumatlara əsasən, toqquşmalar zamanı şəhərdə yerləşən xəstəxanalardan biri atəşə tutulub, mərmilərin düşdüyü ərazilərdə yanğınlar baş verib. Bu isə mülki infrastruktura ciddi ziyan dəydiyini göstərir.
Hələlik rəsmi qurumlar hadisələrlə bağlı geniş açıqlama yaymayıb. Vəziyyət gərgin olaraq qalır.
\\Musavat.com
