Türk ölkəsində şok qərar – Ruslar istəmədilər deyə, dayandırıldı
İctimai rəyin öyrənilməsi əsasında “Yangel” adına məktəb istisna olmaqla, Qazaxıstanın Baykonur şəhərindəki rus məktəblərində “Qazax dili”, “Qazax ədəbiyyatı” və “Qazaxıstan tarixi”nin tədrisi hələlik tətbiq edilməyəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə şəhər təhsil idarəsinin məlumatında deyilir.
“Şəhərin digər məktəblərində aparılan monitorinqlər göstərir ki, ümumilikdə şagirdlər və valideynləri məktəbdənkənar fəaliyyətin digər sahələrinə - dövlət attestasiyasına hazırlıq, xarici dillərin öyrənilməsi, idman və vətənpərvərlik tərbiyəsinə üstünlük verirlər”, - açıqlamada bildirilir.
İdarə vurğulayır ki, bu fənlərin Baykonurun rus məktəblərində öyrənilməsi yalnız şagirdlərin fərdi ehtiyaclarının ödənilməsi çərçivəsində, yəni onların istəkləri ilə sinifdənkara tədbirlər şəklində mümkündür.
İdarədən verilən məlumata görə, yalnız “Yangel” adına 7 nömrəli məktəbdə şagirdlər və valideynləri “Qazax dili”, “Qazaxıstan tarix” və “Qazax ədəbiyyatı” fənlərinin tədrisinə razılıq veriblər.
Baykonurdakı 5 məktəb Qazaxıstanın, 7-si isə Rusiyanın təhsil standartlarına uyğun fəaliyyət göstərir.
teleqraf.com