"Türk Hava Yolları"nın İrəvana uçuşları ilə bağlı açıqlama
Hər gün uçuş imkanı
Hurriyyet.az xəbər verir ki, "Türk Hava Yolları" ("Turkish Airlines") mart ayından etibarən İrəvana birbaşa uçuşlar həyata keçirəcək.
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamasına görə, "Türk Hava Yolları" 2026-cı ilin 11 mart tarixindən etibarən İstanbul-İrəvan-İstanbul uçuşlarını həyata keçirməyə başlayacaq.
Kılıç X səhifəsində yazıb: "İrəliyə doğru daha bir addım. Bu dəfə bizim milli aviadaşıyıcımız "Turkish Airlines" (THY) 11 mart, 2026-cı il tarixindən etibarən İstanbul-İrəvan-İstanbul gündəlik reyslərinə başlayacaq".
Sentyabr ayında "Türk Hava Yolları" (THY) İrəvana müntəzəm uçuşlar həyata keçirmək qərarını açıqlamışdı. Qeyd olunmuşdu ki, uçuşlar "imkanlardan və bazar şərtlərindən asılı olaraq" həyata keçiriləcək.
Hürr Tərcüman
