Türk futbolunu çalxalayan iddia: Ronaldo üçün qərar verildi

2022-11-16 21:17:00

Türk futbolunu çalxalayan iddia: Ronaldo üçün qərar verildi

“Qalatasaray” Kriştiano Ronaldonu transfer etmək üçün hərəkətə keçib.

Bu barədə “Ntvspor” məlumat yayıb. Bildirilir ki, Ronaldonun mövsümün fasiləsində “Mançester Yunayted”dən göndəriləcəyini nəzərə alan “Qalatasaray” transferi reallaşdırmaq üçün rəsmən həmlə edib. İddialara görə, Ronaldonun transferi “Qalatasaray”ın icraçı direktoru, nüfuzlu iş adamı Erden Timura həvalə edilib. Məlumata görə, Erden Timur Ronaldonun meneceri Jorje Mendeslə danışıqlar aparır.

Qeyd edək ki, Erden Timur bundan əvvəl “Xəyal edə bilməyəcəyiniz futbolçu ilə danışıqlar aparırıq” deyə açıqlama vermişdi. \\Mətbuat.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.102980