Türk əsgərləri bizi toyuq kimi biçirdilər - Zafiriou

2022-07-21 11:50:00

Türk əsgərləri bizi toyuq kimi biçirdilər - Zafiriou

Türk əsgərlərinin bizi toyuq kimi məhv etdiyini gördüm. Döyüşməyə silahımız olmadığından toyuq kimi yıxılırdıq. Türklər bizi tapıb biçirdilər.

Hurriyyet.az xəbər verir ki, bunu keçmiş yunan hərbçi Tanasis Zafiriou 1974-cü ildəki Kipr Hərəkatından danışarkən deyib.

“Türk təyyarələri öncə işıqları yandırdılar, sonra ilk atəş səslərini eşitdik. Pulemyotlardan minlərlə güllə bizə tərəf gəlirdi. Gecə olduğu üçün güllələr görünürdü. Onlar parıldayaraq bizə tərəf gəlirdilər. Bizim təyyarələrdəki əsgərlərin çoxu vuruldu. Təyyarənin altından güllələr yağdırılırdı. Güllələr əvvəlcə döşəməni, sonra isə damı deşdi. Əsgərlərin çoxu ağrıdan inildəyirdi. Çoxları öldü. Bizimlə gələn ikinci təyyarədə də eyni şey oldu. Onun sağ qalmaq şansı yox idi. Təyyarə tamamilə məhv edildi”, - Zafiriou söyləyib.

Qeyd edək ki, Kipr Sülh Hərəkatı 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən başladılmış və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Lefkoşaya (Nikosiya) daxil olması ilə başa çatmışdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056678