Saat:09:40
Haqqımızda

Türk dronlarının ideya atası Özdemir Bayraktar vəfat edib

2021-10-18 14:35:00

Türk dronlarının ideya atası Özdemir Bayraktar vəfat edib

Hurriyyet.az xəbər verir ki, Selçuk Bayraktarın atası Özdemir Bayraktar vəfat edib. Oğlu Haluk Baraktar “Tvitter” hesabındakı paylaşmasında bu barədə məlumat verib: “Özdemir Bayraktar, atamız, ilham mənbəyimiz bu gün haqqın rəhmətinə qovuşub. Dəyərlərindən vaz keçmədən fədakar bir ömür yaşadı. Yorulmaq bilmədən əzm ilə araşdırıb istehsal edənlərdən oldu. Haqsızlıqlar qarşısında heç usanmadı, gücü çatdığı qədər yardım elədi. Allah rəhmət eləsin”.

Onunla bağlı “BAYKAR Texnologiya” şirkətinin rəsmi saytında bu məlumat verilib: “Milli Silahlı Pilotsuz Uçuş Aparatı sahəsində qabaqcıl insan, şirkət başçısı, ali mühəndis və sənayeçi Özdemir Bayraktar...

Həyatını, sağlamlığını, varlığını ölkəmizin tam müstəqilliyinə həsr elədi, ömrünün son 20 ilini iş yerində yaşayaraq, həm sahədə, həm də kompyuter dəzgahının qarşısında milli Silahlı Pilotsuz Uçuş Aparatlarımıza xərclədi...”

Özdemir Bayraktar yaratdığı “Baykar” şirkəti tərəfindən hazırlanmış “Bayraktar TB2” silahlı dronlarının Qarabağın işğaldan azad edilməsindəki roluna görə, bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qarabağ nişanına layiq görülmüşdü. Prezident Özdemir Bayraktarla birlikdə onun oğulları, “Baykar” şirkətinin Baş direktoru Haluk Bayraktar və şirkətin texnologiya sahəsinin rəhbəri Selcuk Bayraktarı da “Qarabağ” nişanı ilə təltif eləmişdi.

 

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR