Saat:08:28
Haqqımızda

Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

2024-04-25 18:30:55

Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Aprelin 25-də Milli Məclisdə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir.

Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin ilk iclasının türk dünyası üçün tarixi əhəmiyyətindən söz açıb, iclasın yekunları və müzakirə olunan məsələlərin önəmi barədə fikirlərini bölüşüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqində bizim Türk dünyasından başqa ailəmizin olmadığı ilə bağlı dediyi fikirlərinə diqqət yönəldən komitə sədri türk dövlətləri arasında əlaqələrin ikitərəfli və çoxtərəfli istiqamətlərdə, o cümlədən parlamentlər müstəvisində inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay tədbirin uğurlu keçdiyini, faydalı müzakirələrin aparıldığını bildirib. O, iclasın keçirilməsi təşəbbüsünə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, verdiyi dəstəyə görə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, qardaş türk dövlətlərinin başçılarına, parlament rəhbərlərinə minnətdarlığını bildirib. Fuat Oktay türk dövlətlərinin ortaq mənafelərinin qorunmasında parlament diplomatiyasının və parlamentlərarası əməkdaşlığının əhəmiyyətindən danışıb, bu əməkdaşlığın gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Sonra konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Tədbirdə Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Favziyeva, Qazaxıstan Respublikası Parlament Məclisinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini Aydos Sarım, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Leyla Lurova, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi işlər və xarici əlaqələr komitəsinin sədri Yasemin Öztürk və Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er iştirak ediblər.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211218