Saat:09:30
Haqqımızda

"Turan Tovuz" yeni baş məşqçisini seçdi

2022-05-17 22:00:00

Gələn mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcəyi gözlənilən "Turan Tovuz"un baş məşqçi məsələsi demək olar ki, həllini tapıb. 

Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev ictimaiyyətə açıqlamasında Ayxan Abbasovun namizədliyi üzərində dayandıqlarını bildirib. 

Aldığımız məlumata görə, məsələ yaxın günlərdə tam həllini tapacaq.

Qeyd edək ki, Ayxan Abbasovun "Turan Tovuz"a keçəcəyi ilə bağlı məlumat bir neçə gün öncə Fanat.Az saytında yayımlanmışdı. \\Fanat.Az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR