Saat:04:36
Haqqımızda

Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində çıxarılan qiyabi həbs nə deməkdir? - TƏFƏRRÜAT

2025-06-03 22:08:03

Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində çıxarılan qiyabi həbs nə deməkdir? - TƏFƏRRÜAT

Son günlər ictimaiyyətin diqqətində olan işlərdən biri də Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində qiyabi həbs qərarlarının verilməsidir. Hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatlara görə, adıçəkilən şəxslər dəfələrlə istintaqa çağırılsalar da, müraciətlərə cavab verməyiblər və hazırda ölkə hüdudlarından kənarda yaşayırlar. Bu səbəbdən onların barəsində məhkəmənin qərarı ilə qiyabi həbs tədbiri seçilib.

Maraqlıdır, qiyabi icraat nə deməkdir və hansı hallarda tətbiq olunur?

Mövzunu hüquqşünas Ramil Süleymanov Konkret.Az-a açıqlamasında şərh edib:

Hüquqşünas Ramil Süleymanov: “Sumqayıtda söküntü aparan şirkət sakinləri  qorxudur” | Sumqayit24.az

“26 yanvar 2024-cü il tarixində Cinayət Prosessual Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minib. Dəyişikliklər çərçivəsində qanuna yeni, 7.0.8-1-ci maddə əlavə olunub. Bu maddəyə əsasən, cinayət təqibi üzrə qiyabi icraat anlayışı ilk dəfə olaraq Azərbaycan qanunvericiliyinə daxil edilib.

Yeni hüquqi mexanizmə əsasən, təqsirləndirilən şəxsin iştirakı olmadan da onun barəsində məhkəməyədək istintaq, birinci instansiya, apellyasiya və kassasiya mərhələlərində məhkəmə icraatı aparıla bilər. Bu, xüsusilə şəxsin ölkə hüdudlarından kənarda olduğu hallarda tətbiq ediləcək.

Qiyabi icraatın başlanması barədə qərar qəbul olunduqdan sonra, təqsirləndirilən şəxsə çağırış vərəqəsi təqdim olunur və bu sənəddə qiyabi icraatın başlanması barədə məlumat əks etdirilir. Həmçinin şəxsin müdafiə hüququnun qorunması məqsədilə onun vəkillə təmin olunması zəruri hesab olunur”.

Vəkil qeyd edib ki, yeni mexanizmə əsasən, qiyabi icraat xüsusi qaydada və ibtidai istintaq formasında həyata keçirilir.

“Bu zaman təqsirləndirilən şəxsin hüquqları istintaq orqanı tərəfindən qorunmalı, proseslər ümumi qaydalara uyğun aparılmalıdır.

Qanunla müəyyən edilib ki, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qiyabi icraata yol verilmir.

Qiyabi icraatın tətbiqi müharibə cinayətləri, insan orqan və toxumalarının qanunsuz dövriyyəsi, qanunsuz donorluq, adam oğurluğu, insan alveri, dələduzluq, mənimsəmə, saxta pul hazırlama, qaçaqmalçılıq, dövlətə xəyanət, casusluq, silahlı qiyam, hakimiyyətin zorla ələ keçirilməsi, dövlətə qarşı açıq çağırışlar və digər bu qəbildən olan ağır cinayətlərə şamil oluna bilər:”

Aynurə İsmayıl

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.233765