Tural Piriyev bu banka polis basqını təşkil edib -VƏKİLDƏN SENSASİON AÇIQLAMALAR

2023-02-17 13:14:00

Tural Piriyev bu banka polis basqını təşkil edib -VƏKİLDƏN SENSASİON AÇIQLAMALAR

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev  ləğv prosesində olan “AG Bank”ın Kreditorlar Komitəsinin açıq iclasının keçirilməsinə imkan verməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə gununsesi.info-ya vəkil Əkrəm Həsənov deyib.

Vəkil bildirib ki, Tural Piriyev onların polis töküb:

“Mən bəyan edirəm ki, bu Fond  Fond “qanuni oğru”dur. Qanun ona müflis bankları idarə edib kreditorların pulunu qaytarmağı tapşırıb, o isə sırf şəxsi mənfəətlər naminə çalışıb talanla məşğuldur. Buna görə də şəffaf deyil! Ləğv prosesində olan bütün 21 bankın kreditorlarına müraciət edir birləşməyə çağırıram. Qurultay keçirib Prezidentə müraciət edək ki, vəzifəyə kimi təyin etdiyini bilsin. Prezident ölkədə investisiya mühitini yaxşılaşdırmaq istəyir, belələri isə bunun əksinə gedir. Kreditorların hüquqları qorunmayan ölkədə iqtisadi inkişaf ola bilməz, yalnız belələrinin şəxsi varlanması ola bilər”.
Əkrəm Həsənov əlavə edib ki, belə vəziyyətdə Fondun binasında polis nəzarəti altında iclas keçirmək mümkün deyil:

”İclaslar və planlaşdırılan qurultay başqa yerdə keçiriləcək”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.173898